Əsas məzmuna keç

Məsnəvi

HƏSƏDİN MƏZƏMMƏTİ

Seyid Əzim Şirvani

2

Bu ziba nüktəni Şeyxi-Şəbüstər, Edibdir «Gülşəni-raz»ında müzmər. Əgərçi farsidir ol məani, Mən etdim türkiyə təhrir ani. Deyib qardaşə etmə etibarı, Həsəddir qardaşın qardaşə karı. Həsudi-canə ad qoydum bəradər, Deyirsən naqisin namını xahər. Çü şəhvət aralıqda kargərdir, Biri fərzənddir, biri pədərdir. Məsih-asa atadan sən iba qıl, Nişiməngahuvu övci-səma qıl. Həsəddən qətl edib Habili Qabil, Batıb qanə təni-biçarə Habil. Həsəd viranə eylər xanimanı, Həsəddir eyləyən viran cahanı. Nələr tutdu görün ixvani-Yusif, Həsəddən çah olub zindani-Yusif.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.