Əsas məzmuna keç

Heca şeiri

Hərəsi bir kökdə çalır havanı

Zəlimxan Yaqub

1

Doğumla, ölümlə gözəldi dünya, Nə yaxşı hər gecə bir səhər doğur. Sevincin anası toydu, düyündü, Hər yasın bətnindən bir kədər doğur. Sevinc də, kədər də şeiriyyətimdi, Hərəsi bir kökdə çalır havanı, Hərəsi bir kökdə nəğmələr doğur.

2004, 3 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.