Əsas məzmuna keç

Gəraylı

Hərənin öz haqqı-sayı

Zəlimxan Yaqub

1

Arılar tər çiçəkləri, Pərvanələr şamı sevər. Piyalədi yar dodağı, Hər aşiq bir camı sevər.

Hərənin öz haqqı-sayı, Hərənin bir tale payı. Kimi uca bir sarayı, Kimi uçuq damı sevər.

Sevgidədir canlı-cansız, Ömür gödək, vaxt amansız. Hamını sevmək imkansız, Hərə bir adamı sevər.

2007, aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.