Hər yana
Yarsızlıqdan yaman iş yox, Göz salıb gəzsəm hər yana, Ya yaradan, bir yar vergil, Çox məşəqqət dəydi cana.
Bir yar ver ki ətli-qanlı, Könlü gen, köksü meydanlı, Dil bilən, ağıl-kamallı, Üzü həm olsun görkana.
Qədir biləndən dış etmə, Naqədirə yoldaş etmə, Dil bilməz bəla tuş etmə, Sadə dil olsun – türkanə.
Kərəmin güclüdür, görgil, Dersən: «Dua qıl, əl gərgil», Nə versən, teziraq vergil, İxtiyar yoxdur bu cana.
Boyu uzun, pəs olmasın, Xətdən aşa məs olmasın, Ağılsız, nakəs olmasın, Sadədən olsun – türkanə.
Yaxşı əyal ələ gəlməz, Nadan yaxşı qədrin bilməz, Əyalsıza müdar olmaz, Dönsən hökmi-Süleymana.
Dərvişlərə yolsuzluğu, İgidlərə malsızlığı, İlahi, əyalsızlığı Görkəzmə heç müsəlmana.
Məxdumqulu, yansam, bişsəm, İnanmazlar oda düşsəm, Həvəsim var, bir qız qucsam, Desəm sözümü ərkana.