Əsas məzmuna keç

Qoşma

Hər insan bir parça qum dənəsidir

Zəlimxan Yaqub

1

Dünyada bir nəfər insan qalmasa, Demə, kim danışıb, kim dinəsidir. İnsanın dərdini danışmaq üçün, Qaya dillənəsi, qum dinəsidir.

Qat-qat bürünsə də dağlar dumana, Dərdini çatdırır zaman zamana. Qarğı neyə dönər, qamış kamana, Pərdə dil açası, sim dinəsidir.

Vaxt bir ovçudursa, ov olar insan, Vaxtın çaxmağında qov olar insan. Zamanın ovcunda ovular insan, Hər biri bir parça qum dənəsidir.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.