Hər gün sevənlərin qulağı səsdə
Məni duyanlardı məni sevənlər, Sən məni duyunca yaşaram, gözəl. Səs səsə qarışıb, göz gözə baxıb, Söz sözə uyunca yaşaram, gözəl.
Hər gün sevənlərin qulağı səsdə, Hər görüş bir nəğmə, bir yeni bəstə. Yumşaq əllərini gözümün üstə, Məlhəmtək qoyunca yaşaram, gözəl.
Bir Allah, bir sevgi, bir sən, bir də mən, Qızınnam ocaqda, yannam pirdə mən. “Doymadım” desəm də, bir ömürdə mən, Doyunca, doyunca yaşaram, gözəl.
2004, 27 sentyabr