Hər gün saz ruhunda, söz kökündəyəm
Bütün ömrüm boyu, həyatım boyu, Hər gün saz ruhunda, söz kökündəyəm. Qopuzu, şadlığı, bayramı, toyu, Dədəmiz Qorqudun öz kökündəyəm.
Qaraldar ocağı, doldurar çəni, Ölüm bulud kimi üstümü haqlar. Torpaqdan saz ilə qaldırıb məni, Torpağa söz ilə basdıracaqlar.
2002, 19 mart