Əsas məzmuna keç

Qoşma

Həmişə beşikdən gələcək səsi

Zəlimxan Yaqub

1

Alınmaz qalamdı, yıxılmaz dağım, Təmkində, dözümdə, səbirdə şeirim. Üstə şeh çilənmiş gül yarpağıdı, İsmətdə, həyada, abırda şeirim.

Ruhunda yurdumun dağı, dərəsi, Ellər arxasıdı, sellər nərəsi. Həmişə beşikdən gələcək səsi, Heç vaxt yatmayacaq qəbirdə şeirim.

Yerdə də, göydə də qol-qanadı var, Ətri var, rəngi var, sehri, dadı var. Özü bir olanın minbir adı var, Var oldu o Mində, o Birdə şeirim!

2006, 17 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.