Əsas məzmuna keç

Təcnis

Həmayil eylə

Aşıq Ələsgər

1

Şahmar zülfün bədnəzərdən daldala, Çinlə gərdənində, həmayil eylə! Aç niqab altından mah camalını, Aləmi hüsnunə ha mayil eylə!

Fərhad Şirin sevdi, Aşıq Yaxşı yar, Təbib sənsən, gəl yaramı yaxşı yar! Yaxşı yara qismət olmur yaxşı yar, Həm sözdən mətləb qan, həm ayıl eylə!

Ələsgər, dər bağdan yaxşıca nana, Mərd iyid kəc baxmaz yaxşıca nana. Yaxşı can yetişsə, yaxşı canana, Həm günü xoş keçər, həm ay-il eylə.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.