Əsas məzmuna keç

Heca şeiri

Hələ bu dünyaya

Zəlimxan Yaqub

1

Yalanı doğrayan, böhtanı deşən, Qılınc sözlərim var, ox sözlərim var. Qanı bağışlayan, davanı kəsən, Gözü də, könlü də tox sözlərim var.

Dəydi kürəyimə Allahın əli, Çox şükür, sevgidən olmadım dəli. Özünü yormasın şeytan əməli, Haqqa arxalanan haqq sözlərim var.

Tilsimli qalatək sirr saxlamışam, İlhamı qəlbimdə gur saxlamışam. Hədəfə vurmağa yer saxlamışam, Hələ bu dünyaya çox sözlərim var.

2010, 12 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.