Hədisi-ərbəin
MÜQƏDDİMƏ
Nasixi-əqavili-mənqulə və ətəmmi-əhadisi-məqbulə ki, əshabi-fəsahət nəqşi- səhifeyi-e'tibar edib, ərbabi-bəlağət tərzi-cərideyi-ixtiyar edərlər ol münşiyi- ərqarai-hikmət və mümliyi-əhkami-qüdrət həmdidir ki, kəlimati-nəsayeh məzmun və nükati-məaniyi-məknun möcizbəyani-rəsulinə cari edib dəsturül- nəsbül-eyni-ümmali-məsalihiddin etmiş. əməli-sükkani-səradiq tə'yin və Səlləllahi əleyhi ve alihi və əshabihi əyyidnən mim həmləti ə'lami ulumihi və nəqlət ehkami adabihi. Əmma bə'd bu, qırx hədisi-mö'təbərdir, bəlkə qırx danə gövhərdir ki, ustadi- girami mövlana Əbdürrəhmani-Cami əleyhirrəhmə intixab edib, farsi mütərcəm etmiş və şərti mən həfəzə min ümməti ərbəinə hədisən yəntəfiunə, bihi qəbləcəza bəəsəhullahu yovməl-qiyaməti fəqi-hən alimən məqaminə yetmiş. Ümum feyz üçün tərcümeyi-türki olunur.
Mö'min olmaz kişi, həqiqət ilə Tutmayınca təriqi-tərki-həva. Hər nə öz nəfsinə rəva görsə, Yarü qardaşa görməyincə rəva.
Rəhm qıl, rəhm xəlqə kim, Həqdən Bulasan aqibət cəzayi-əməl. Xəlqə sən rəhm qılmayınca, sana Rəhm qümaz Xudayi-əzzə və cəll.
Müslim oldur ki, əhli-aləm ilə Sidq ola qövli, xeyr ola əməli, Zərərin görməyə müsəlmanlar, Ola pakizə həm dili, həm əli.
Qıl kərəm, xuyini yaman etmə Ki, sənə demək ola mö'mini-pak. Olmaz, əlbəttə, əhli-imanda Müctəme' xuyi-ziştlə imsak.
Sübhdür fatehi-xəzaneyi-rizq, Talibi-xabi-subhdur məzmum. Sübh vəqtində xabə rağib olan Vüs'ətı-rizqdən olur məhrum.
Adəm oğlun zəmanə pir qılıb, Zə'fə etdikcə qüvvətini bədəl, İki xislət igitlənir onda: Hər zaman hirsi-malü tuli-əməl.
Mustəfa qövlü ilə məl'undur Dünyəvü hər nə onda var tamam. Tanrı zikrindən Özgə kim, oldur Səbəbi-izzi-xasü ne'məti-am.
Zinhar olma əhli-aləm ilə Münqəzib təb'ili, yaman sözlü, Tanrı ol bəndəsin sevər ki, müdam Ola xoş xülqlü, gülər üzlü.
Ey qılan arizuyi-vüs'əti-rizq, Xübsdən çək həmişə damanın! Müttəsil daməni-təharət tut Ki, qoya fəqr əli giribanın.
Xeyr görmək dilərsən, eylə müdam Xubsurətlərə bəyani-sual. Rağibi-hüsni-surət ol ki, olur Hüsni-surət dəlili-hüsni-xisal.
Tutma hərgiz vəfasına ümmid, Sənə hər kim cəfa işin işlər. Mö'mini sanma kim, iki növbət Bir dəlikdən çıxıb ilan dişlər.
Olsa əbri-ətayi-sübhani Cümleyi-kainatə gövhərbar, Ola məhrum bəndeyi-dirhəm, Ola mə'yus abidi-dinar.
Hər kim istər həyati-qəlb müdam, Dəmbədəm hərzə-hərzə çox gülməz. Qəlbə qət'i-həyatdır gülmək, Qəlbi çox gülməyənlərin ölməz.
Analar hörmətin tutun ki, müdam Qabili-rəhməti-ilah olasız. İstək onlar əyağı altında, Gər dilərsiz ki, cənnəti bulasız.
Ey ki, hər məclis içrə məhrəmsən, Səndə məclis sözü əmanətdir. Etmə ifşayi-razi-hər məclis Ki, bu siyrət böyük xəyanətdir.
Ey xoş ol kim, həmişə feyzi-xirəd Qıla islahi-nəfsə mayil onu, Kəndi eybinə iştiğal etmək Qeyr eybindən edə qafil onu.
Məşvərətdə səni əmin edənə Rəhnümayi-səvab qıl sözünü. Saxlama məsləhət sözün ondan, Xain etmə əmin ikən özünü.
Bəzl qıl mayeyi-mədaxilini, Sud isə mayedən sənə məqsud. Qürbi-Həq hasil eylə, zikri-cəmil Ki, bulunmaz bulardan ənfə' sud.
Ol degildir qəni ki, yetmiş ola Mal ilə bir məqami-e'laya. Qəni oldur ki, mütləqa nəfsi İltifat etməyə bu dünyaya.
Gər diiərsən səvab, qılğıl dur Güli-ehsanı xari-minnətdən. Feyzi-ehsam minnət eylər məhv, Saxla ol hasili bu afətdən.
Mali-dünyaya meyl qilma kim, ol Qabili-nəqs olan bizaətdir. Adəmizadəyə tükənməz mal Nəqdi-gəncineyi-qənaətdir.
Ol təvangər degil ki, nəqşi-təmə' Səfheyi-qəlbinə müsəvvər olur. Qeyr olanda olan təcəmmüldən Kəsən ümmidini təvangər olur.
Edə gör ehtiraz çox sözdən Kim, olur çox sözün bəlaları çox. Çox sözündən düşər bəlaya kişi, Çox sözün çox bəlasına söz yox.
Ol səadətlidir ki, dünya üçün Hirsdən boynuna buraxmaya bənd. Görmədən möhnəti-zəmanə hənuz, Ala bir qeyr möhnətindən pənd.
Sənə bər kim yetirsə bir ehsan, Qıl onun şükri-ne'mətin hər dəm. Şükri-məxluqa olmayan qadir Qılmaz, əlbəttə, şükri-Xaliq həm.
Ey olan vaqifl-dəqaiqi-din, Etmə hisni-cəsəddə həbsi-ülum. Müstəiddinə olmağıl mane', Müstəhəqqini etməgil məhrum.
Cəhdin olduqca xəlqə nəf yetir, Xəlqi et iltifatinə məmnun. Əhsəni-xəlqi-aləm oldur kim, Xülqdən xəlqə ola nəf 'i füzun.
Gər dilərsoıı inayəti-Həqdən Şəm'i-islaminə ziyad ola nur, Demə bir söz ki, ola qeyri-müfid, Tutma bir iş ki, ola qeyri-zərur.
Necə vaizdən iltimas edəsən Ki, verə pəndi-sudmənd sana, Mövti-əhbabü inqilabi-zaman Dəmbədəm bəs degilmi pənd sana?
Ey ki, yox istitaətin mütləq Sədəqə verməgə bir əhli-Həqə! Yaxşı söz tərkin etmə kim, olmaz Yaxşı sözdən səvabı çox sədəqə.
Kişiyə ol günah yetər ki, dili Şö'leyi-şərr olub zəbanə çəkər. Sədəfi-səm'inə düşən gühəri Çıxarıb rişteyi-bəyanə çəkər.
Həzm oldur ki, xəlqi-aləm ilə Hər əməldə gümanım ola yaman. Ola əhli-fəsad məkrindən Hafizin hisni-ehtiyatü güman.
Dustlardan həmişə xoş görünür Bir-birin hədyə ilə etmək yad. Hədyə irsalı bir müamilədir Ki, məhəbbət olur onunla ziyad.
Açma göz məhrəm olmayan üzünə Ki, bu sövdada hasil olmaz sud. Bil ki, İblisin oxlanndandır, Hər nəzər bir xədəngi-zəhralud!
Gah-gah et ziyarəti-əhbab, Nifrət olmaqdan ehtiyat eylə. Dustluq gər dilərsən ola ziyad, Tərki-ifrati-ixtilat eylə.
Gər tutarsan təriqi-əhli-vəfa, Peşə et və'dəyə vəfa qılmaq. Qərzdir və'də etdigin nəsnə, Fərzdir qərzini eda qılmaq.
Pəhlivan ol degil ki, hər saət Yıxa bir pəhlivanı qüvvət ilən. Oldurur pəhlivan ki, vəqti-qəzəb Nəfsinə hökm edə ihanət ilən.
Deynə çox rağib olma kim, ondan Dinə bir ziştlik mülazim olur. Olmadıqda ədaya bir qüdrət, Hiyəlü küfrü kizb lazim olur.
Kamil olmaq dilərsən imanın, Qıl təmənnayi-nəfsdən ikrah. Büğzü hübbü ətavü mən'dən et Müqtədayi-əməl, rizayi-ilah.
Mö'min oldur ki, mümkün olduqca. Qonşusun qeyrə etməyə möhtac. Ol degil kim, hüzurilə gecələr Özü tox yata, qonşusu yata ac.
* * *
Əsəri-ərbəini-əhli-süluk Qürbi-Həqq rütbəsin qılır hasil. Umarız kim, Füzuliyi-miskin Ola bu ərbəin ilə vasil.
Lüğət: Əshab – müsahiblər, həmsöhbətlər; Mim – yarı; İntixab – seçmək; Təriq – yol; Əhli – raz - sirr əhli, sirdaş; Qövl – söz; Pakizə – lətif, nazik; Rağib – rəğbət edən; Pir – qoca, yaşlı; Bədəl – əvəz, bir şeyin yerini tutan; Zinhar – saqın; Xülq – təbiət; Daməni – kuh - dağ ətəyi; Giriban – yaxa; giribançak - yaxası parçalanmış; Hüsni – göftar - söz gözəlliyi X; Dəlil – yol göstərən; sübut; Hərgiz – heç zaman, əsla; Əbri – neysan - neysan buludu; Gövhərbar – gövhər yağdıran; Qabil – qabiliyyətli, ağıllı; Razi – dil - ürək sirri; Xirəd – ağıl; Əmin – inanılmış, mö'təbər; Bəzl – bağışlamaq; Qürb – yaxınlıq; Qəni – varlı, dövlətli; Dur – uzaq; Güli – tər - təzə gül; Gəncineyi – nəzm - şeir xəzinəsi; Dəm – qan; nəfəs; ah; söhbət; Əhsən – çox gözəl; Füzun – artıq, çox G; Mövt – ölüm; Əhbab – dostlar; İstitaət – qüdrət, güc; İrsal – göndərmək; Xədəngi – xunriz-qan tökən ox; Kizb – yalan; İkrah – iyrənmək