Əsas məzmuna keç

Gəraylı

Heçə dönür inancımız

Zəlimxan Yaqub

1

Ağrı cana asan gəlir, Ağrı candan çətin çıxır, Yun daraqdan ayrılantək, Sümüyündən ətin çıxır.

Ümidini kəsir haqdan, Taxta çıxan enir taxtdan, Hamı keçir bu sınaqdan, Mində biri mətin çıxır.

Heçə dönür inancımız, Kəsmir ürəkdə sancımız. Axır günə qazancımız, Beş arşın ağ, sətin çıxır.

2010, sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.