Heç zaman Allaha qovuşmaq olmur
Əllərin yetişmir, əl eyləyəsən, Səsini eşitmir, gəl eyləyəsən, Axan göz yaşını göl eyləyəsən, Yenə də Allaha qovuşmaq olmur.
Zərrəcə yer vermə şübhəyə, şəkkə, Yüz dəfə Kəbə gör, min dəfə Məkkə. Qaya balınc olsun, daş da mütəkkə, Yenə də Allaha qovuşmaq olmur.
İşimiz amana, aha çıxsa da, Gedib gileyimiz şaha çıxsa da, Astarı üzündən baha çıxsa da, Yenə də Allaha qovuşmaq olmur.
Ustad ol, dərviş ol, ozan ol, pir ol, Mələklə, fələklə görüş, əlbir ol, Lap belə cəldlikdə şir oğlu şir ol, Yenə də Allaha qovuşmaq olmur.
Məni bağışlasın Məhəmməd, İsa, Məni bağışlasın məscid, kəlisa, Meraca qalxasan yol basa-basa, Yenə də Allaha qovuşmaq olmur.
Axtarma kiminsə getdiyi yolda, Axtarma kiminsə vurduğu xalda, Ancaq arzudadı, ancaq xəyalda, Heç zaman Allaha qovuşmaq olmur.