Heç olub gedir
Uşaqlıqda heç belə ağlamazdım, İndi daha çox ağlayıram. Onda oyuncaqları sayardım, İndi dərdlərimi sayıram. Dərdim məndən ağır oldu, Gözlərimdən tökülən yaşlar çoxaldı. Bostançını çərlətdilər, Bostanıma atılan daşlar çoxaldı. Ruhumdakı səksəkələr, Qəlbimdəki təlaşlar çoxaldı. Şəhdi-şirəm nə varsa Arı kimi Dədələrdən çəkdim. Ağrım-acım nə varsa İlan dilli gədələrdən çəkdim. Nə çəkdimsə bu dünyada Gədələrin gəldiyi hədələrdən çəkdim. Hədələrin vurduğu zədələrdən çəkdim. Ayların, illərin əlində, Tikanlı çöllərin əlində, Zəhərli dillərin əlində Karvandı, beləcə köç olub gedir. Ömürdü, beləcə puç olub gedir. Varlıqdı, beləcə heç olub gedir.
2009, 18 fevral