Əsas məzmuna keç

Heca şeiri

Heç kim öz yükünü tək çəkə bilmir

Zəlimxan Yaqub

1

Sevgisiz olanda həyatda insan, Bir qarışqa qədər yük çəkə bilmir. Sevgiyə açanda qapılarını, Ürək qorxu bilmir, səksəkə bilmir.

İnsan təklənəndə yanır, ah çəkir, Meylini Haqq adlı bir dərgah çəkir. Hamının yükünü bir Allah çəkir, Heç kəs öz yükünü tək çəkə bilmir.

2004, 21 iyul Truskavets

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.