Əsas məzmuna keç

Qoşma

Heç kəs demədi ki

Zəlimxan Yaqub

1

Allahın bir bədbəxt bəndəsi vardı, Ömrü başdan-başa qeybətə getdi. Sevgini neməttək dada bilmədi, Qazancı, mayası nifrətə getdi.

Çaldı, ilan oğlu ilan danışdı, Saldı ürəklərə talan, danışdı. Ev yıxdı, şər dedi, yalan danışdı, İşığa göz yumdu, zülmətə getdi.

Dilinin əzbəri hər gün “çor” oldu, Yaxşını görməyə gözü kor oldu. Öləndə dedilər “gorbagor oldu”, Heç kəs demədi ki, rəhmətə getdi.

2005, 19 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.