Heç bilmədim necə deyim sevirəm
Heç bilmədim necə deyim sevirəm, Onu mənə bir baxışı lal, dedi. Qoyarammı ürəyinə xal düşə, Sənin olsun üzümdəki xal, dedi.
Oda yanım, sıx ovcunda əlimi, Qollarına qurban verim belimi. Coşa gələn mənim qara telimmi, Al sinənə, saz yerinə çal, dedi.
Ay Zəlimxan, sevən ürək şad olar, Sevgi ona ən müqəddəs ad olar. Ömrə-günə ləzzət olar, dad olar, Sən qaymaq ol, mən də sənə bal, dedi.
1972, 13 oktyabr