Əsas məzmuna keç

Qoşma

Hazırlanırmış

Zəlimxan Yaqub

1

Bir hörmət elədin, bu hörmətinlə Başımın qaxıncı hazırlanırmış. Sən əlbir olanda nifrətlə, kinlə, Boynumun qılıncı hazırlanırmış.

Dünya dağılmazmı qurd nəfəsiylə, Qulaq kar olmazmı bayquş səsiylə. Əlin oynasa da gül şirəsiylə, Zəhərli bir damcı hazırlanırmış.

Dedim, bala kimi döşə çəkirsən, Nə bilim, ətimi şişə çəkirsən. Sən demə, dərimdən köşə çəkirsən, Belimə bir qamçı hazırlanırmış.

1978, 25 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.