Hasilim bərqi-həvadisdən məlamət dağıdır
Hasilim bərqi-həvadisdən məlamət dağıdır, Məsnədim kuyi-məlamətdə fəna toprağıdır, Zar könlüm təndə zindani-bəla dutsağıdır, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
Dövr cövrindən tənü canimdə rahət qalmadı, Surəti-halimdə asari-fərağət qalmadı, Möhnətü qəm çəkməyə minbə’d taqət qalmadı, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
Könlümün mülkün cəfa seylabi viran eylədi, Bəxtimin halin hücumi-qəm pərişan eylədi, Bağrımı əndişeyi-dövri-fələk qan eylədi, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
İntihasız cövrlər odlarə yandırdı məni, Acı sözlər dadlı canımdan usandırdı məni, Xəlqdən bihudə fəryadım utandırdı məni, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
İstəyib bir çarə, çox yeldim, yügürdüm hər yana, Rəhm edib, bir kimsə imdad etmədi mütləq mana, Çarəsiz qaldım, mürüvvət istəyib gəldim sana, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
Dadə gəldim ədl divaninə, fəryadım eşit! Sən ki, adilsən, gör əfğanım nədəndir, qurə yet! Şərhi-halim sor, muradım ver, əlim tut, fikrim et! Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
Gör Füzulinin rüxi-zərdində əşki-alini, Pərdeyi-idbar tutmuş surəti-iqbalini, Dərdməndindir, inayətlər edib sor halini, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!
Həmdi-bihəd dəmbədəm ol mübdii-əşyayə kim, Xilqəti-imkan vücubi-zatini icab edər.
Gəh səvadi-girdbadi-qəhri xaki-tirəyi Tutiyayi-dideyi-xurşidi-aləmtab edər.
Gəh nüzuli-qətreyi-barani-əbri-rəhməti Yer yüzündə səbzeyi-pəjmürdeyi sirab edər.
Meydə müzmər eyləyib keyfiyyəti-təğyiri-hal, Simbərlər zülfünü can qeydinə qüllab edər.
Canə həm, əlbəttə, ondandır bu iste’dad kim, Rəğıbəti-məhbubü pərvayi-şərabi-nab edər.
Ola kim, məqbul edə üzri-günahim, çün bilir, Kim, əməl təklifini cəm’iyyəti-əsbab edər.
Çox təfaxür qılma cəm’i-mal ilə, ey xacə kim, Simü zər cəm’iyyəti əhli-qürur eylər səni.
Barigahi-qürbdən cəm’iyyəti-malü mənal, Hər nə miqdar olsa, ol miqdar dur eylər səni.
Gərçi ne’mət çox, kifayətdən təcavüz qılma kim, Imtila bari-bədəndir, bihüzur eylər səni.
Əhli-kəmalə cahil əgər qədr qılmasa, Mə’zurdur, məlamətin etmək rəva degil. Cahil təbiətində məzaqi-kəmal yox, Hər nəfsə iqtidai-təbiət xəta degil. Ülfət həmişə fər’i olur aşinalığın, Cahil fəzilət əhli ilə aşina degil.
Ey səfayi-surətin qeydin çəkən, bil kim, hənuz Jəngdən ayineyi-idrakını pak etmədin. Jəngdir ayineyi-idrakə hər surət ki var, Sən hənuz, ey sadə, bu məzmuni idrak etmədin.
Ey vücudi-kamilin ayinədari-feyzi-həq, Asitanın qibleyi-hacati-ərbabi-yəqin.
Ey kəmali-rəf’ətin sərmayeyi-əmnü əman! Vey cəmali-şövkətin pirayeyi-dünyavü din!
Hüsni-rə’yin afitabi-aləmi-sidqü səfa, Xaki-payin mənşəi-cəm’iyyəti-ruyi-zəmin.
Gəlməmiş bir sən kimi pakizətinət aləmə, Ta binayi-aləm etmiş nəqşbəndi-maü tin.
Məsnədi-Nurşirəvandır büq’əyi-Darüssəlam, Snsən istehqaq ilə Nurşirəvanə canişin.
Cismdir mə’nidə bürci-övliya, sən ruhi-pak, Bir nigindir xitteyi-Bəğıdad, sən nəqşi-nigin.
Sərvəra, yüz şükr kim, feyzi-kəmali-rəf’ətin, Övliya bürcini etmiş rəşki-firdövsi-bərin.
Xasü am olmuş nəvali-ne’mətindən bəhrəmənd, Afərin, ey şəhriyari-mülkpərvər, afərin!
Mən ki, bir kəmtər dauguyəm, nəzər saldın mənə, Qoymadın xaki-məzəllətdə qalım zarü həzin.
Zaye’ ikən qədrimi bildirdin əhli-aləmə, Tirə ikən eylədin xaki-vücudim ənbərin.
Əbri-lütfün qıldı xari-xüşkimi gülbərgi-tər, Feyzi-cudun qıldı səngi-xarəmi dürri-səmin.
Ne’mətin şükri mana fərz etdi izhari-səna, Şəfqətin tövqi məni qıldı qulami-kəmtərin.
Qəm degil əhli-qərəz eylərsə məndən mən’i-xeyr, Qəm degil əhli-həsəd bağılarsa mən miskinə kin.
Ruzigarilə mənim məqsudimi hasil qılıb, Ol ki, mən’ eylər, olur bədxahi-rəbbül-aləmin.
Hiç şək yox kim, yetər məqsudə, olmaz naümid, Xirməni-əltafın ətrafında olan xuşəçin.
Var ümidim mehrü mah etdikcə dövran, olasan Kamyabü kamranü kambəxşü kambin.
Pərdə çək eybinə zülmət kimi, xəlqin daim, Gər dilərsən ki, nəsib ola sənə abi-həyat.
Qılma xurşid kimi, eybnümalıq ki, fələk Yerə salmayə səni bə’d ülüvvüd-dərəcat.
Cəhd qıl zatın ola məzhəri-asari-qəbul, Qılma ol cahə təfaxür ki, ola xarici-zat.
Fəzl olur, sanma, sənə mənziləti-əslü nəsəb, Cah olur, sanma, sənə kəsrəti-əsbabü cihat.
Ariyətdən özünə qılma qəmər tək zinət, Qeyridən ariyətin nur isə, həm yazıya at.
Ey müəllim, aləti-təzvirdir əşrarə elm, Qılma əhli-məkrə tə’limi-məarif zinhar!
Hiylə içün elm tə’limin qılan müfsidlərə, Qətli-am içün verər cəlladə tiği-abdar. Hər nə təzvir etsə əhli-cəhl ona olmaz səbat, Məkri-əhli-elmdir, əsli-fəsadi-ruzigar.
Bəxil qılmasa cəm’ etdiyi dirəm sərfin, Nihali-məqsədi sərsəbz olub səmər verməz. Əlindəki gühəri bəzl qılmasa mümsik, Şəbi-qəminə əməl müjdeyi-səhər verməz. Tükənməyincə kəvakib, günəş tülu’ etməz, Tökülməyincə şükufə, nihal bər verməz.
Ey ki, əndişeyi-mal ilə sərasimə olub, Dünü gün dəhrdə aşüftə keçər əhvalın Cəm’i-mal eylədigin rahət üçündür, əmma Rahətin əksik olur, hər necə artar malın. Mal çox etmə, həzər eylə əzabından kim, Rənci artar, ağr olduqca yükü həmmalın.
Mən sübhü şam dudi-dili-suznak ilə, Bağrın kəbab edib, verərəm çərxə inqilab. Hutü Həməl mədari ilə asiman dəxi, Qan uddurub, verər dili-suzanimə əzab. Dünyadə yox fərağətə ümmid, nişəkim, Qan uddurur oda netəkim, cizginir kəbab.
Elm kəsbilə rütbeyi-rif’ət Arizuyi-məhal imiş ancaq. Eşq imiş hər nə var aləmdə, Elm bir qiylü qal imiş ancaq.
Olsa məqsudunca dövrani-fələk bir neçə gün, Olma məğrur, ey ki, hali-dəhr rövşəndir sənə. Qatili-abavü əcdadın məaf etməz səni, Umma ondan dustluq rəsmin ki, düşməndir sənə.
Gəlin, ey əhli-həqiqət, çıxalım aləmdən, Qeyr yerlər gəzəlim, özgə səfalər görəlim. Seyri-gərmiyyəti-qovğayi-qiyamət qılalım, Vəz’i-cəm’iyyəti-həngameyi-məhşər görəlim. Rəvişi-silsileyi-dəhr məlul etdi bizi, Necə bir dəhrdə ovzai-mükərrər görəlim.
Sevərəm ol nigari-simbəri Ki, cəfapişəvü sitəmgərdir. Necə kim, ona eşqbazlığm Mə’siyyət olduğu müqərrərdir. Cövr ilə ol müdam mən’im edib, Rəhi-zöhdü səlahə rəhbərdir. Qalibi-əcr olursa cövrü, nola, Əmri-mə’rufü nəhyi-münkərdir.
Necə bir nəfs təmənnası ilə, Yeməkü içmək ola dilxahın. Eyləyib zöhdü vərə’dən nifrət, Taəti-həqdən ola ikrahın. Mə’bədin mətbəx ola şamü səhər, Müstərah ola ziyarətgahın. Bunun üçünmü olubsan məxluq? Bumudur əmri sənə Allahın?
Həmişə dustum oldur, derəm ki, mal verib, Qılır təbiətimi bəsteyi-əlaqeyi-mal.
İbadəti-həqü kəsbi-ülum içün mütləq, Qomaz mülahizeyi-zəbti-mal, məndə məcal, Müdam düşmən ona söylərəm ki, malım alıb, Mənə müyəssər edər ne’məti-fərağəti-hal, Hüzuri-qəlb verər rövnəqi-ibadəti-həq, Fəraği-xatir olur mucibi-hüsuli-kəmal. Fəğan ki, dustumu düşmənimdən etmən fərq, Kəmali-cəhl ilə ovqat sərf olur məhü sal. Bu cəhl ilə özümü əhli-mə’rifət sanıram, Zəhi təsəvvüri-batil, zəhi xəyali-məhal!
Ey qaziyi-xocəstəliqa kim, həq eyləmiş, Sahibsəriri-məsnədi-hökmi-qəza səni! Cəhd eylə kim, mülahizeyi-nəf’i-dünyəvi, Hökmi-qəzadə etməyə əhli-xəta səni. Məqbuli-xəlq qılmış ikən elmü mə’rifət, Mərdudi-xaliq eyləməyə irtişa səni.
Zülm ilə ağçalar alıb, zalim Eylər ən’am xəlqə minnət ilə. Bilməz onu kim, etdigi zülmə Görəcəkdir cəza məzəllət ilə. Müddəası bu kim, rizayi-ilah Ona hasil ola bu adət ilə. Cənnəti almaq olmaz ağça ilə, Girmək olmaz behiştə rüşvət ilə.
Min ikən qədrü qiymətin bir olur, Müztərib olsa qəlbin, ey arif! Eylə təskini-qəlb hasil kim, Əlfi təhriki-qəlb eylər əlif1.
Oldur ğəzəl ki, feyzi onun am olub müdam, Arayişi-məcalisi-əhli-qəbul ola. Virdi-zəbani-əhli-səfavü sürur olub, Məzmunu zövqbəxş, səriül-hüsul ola. Ondan nə sud kim, ola mübhəm ibarəti, Hər yerdə istimain edənlər məlul ola.
Sərfi-nəqdi-ömr edib mən kəsbi-irfan etmişəm, Əhli-dünya həm kəmali-cəhl ilə təhsili-mal. Dəhr bir bazardır, hər kim mətain ərz edər: Əhli-dünya – simü zər, əhli-hünər – fəzlü kəmal. Kim ki, məndən nəf’ bulmaz, istəmən nəf’in onun, Ol ki, yox nəf’im ona, nəf’in mənə olmaz həlal. İstəmən nadan mənə gər versə gənci-simü zər Kim, əvəzsiz malə nadandan təsərrüfdür vəbal.
Eyləyib nadanə ərzi-fəzlü izhari-hünər, Şərmsar etmək, əta ummaq, nədir zülmi-sərih! Sən bilirsən, mücmələn, ondan nə alırsan, vəli Bilməz ol kim, aldığ səndən həsəndir, ya qəbih. Zahirən satmaq hünər, almaq əta bir bey’dir, Tifldir nadan, buyurmaz şər’ onun bey’in səhih.
Hər kimin var isə zatında şərarət küfrü, Istilahati-ülum ilə müsəlman olmaz. Gər qara daşı qızıl qan ilə rəngin edəsən, Təb’ə təğyir verib, lə’li-Bədəxşan olmaz. Eyləsən tutiyə tə’lim ədayi-kəlimat, Nitqi insan olur, əmma özü insan olmaz. Hər uzun boylu, şücaət edə bilməz də’va, Hər ağac kim boy ata, sərvi-xuraman olmaz.
Ey xəta ləfzilə Qur’anın şükuhin sındıran, Mö’cüzi-ayati-Qur’andan həzər qılmazmısan? Hər əlif bir xəncəri-xunrizi-bürrandır sənə, Xəncəri-xunrizi-bürrandan həzər qılmazmısan? Bir həkimi-kamilin darüş-şəfayi-hikmətin Etmək istərsən xərab, ondan həzər qılmazmısan?
Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim, Bulmaq olmaz surəti-qürbündə asari-nişat. Tifllər, divanələr səndən mübərra olmağın, Dünyəvü üqbadə bulmuşlar kəmali-inbisat. İzzətü zillətdə bilməzlər təriqi-imtiyaz, Hillətü1 hirmanda çəkməzlər əzabi-ehtiyat. Ol ki, daim həmnişinindir, müəzzəbdir müdam, Netə kim təklifə hökmi-şər’ ilə sənsən mənat. Ol zamandan kim, sənə verdim inani-ixtiyar, Ol zamandan keylədim2 möhkəm səninlə irtibat, Olmayıb xali qəmü ənduhdən qəbrim evi, Xar bəstərdir mənə peyvəstə, xakistər – büsat. Olmayaydım, kaş ki, hərgiz səninlə həmnişin, Qılmayaydım kaş ki, mütləq səninlə ixtilat.
Ey xacə, gər qulundan oğulluq murad isə, Şəfqət gözilə bax ona daim oğul kimi. Vər oğılunu dilərsən ola sahibi-ədəb, Əlbəttə, eylə zillətə mö’tad qul kimi.
Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçün, Intixab etmiş cəmii-xəlqdən sultan səni.
Həllü əqdin aləmin qılmış müfəvvəz rə’yinə, Naibi-hökmi-xilafət eyləyib dövran səni. Qıl həzər kim, olmaya nagəh mizacın münqəlib, Qılmaya sərməst, cami-şövkəti-divan səni. Olasan insaf üçün mənsub ikən, əhli-fəsad, Edə din əhlinə afət, qilləti-iman səni. Etməyə mə’mureyi-islami viran, kəndüyə, Ə’zəmi-ə’vanü ənsar eyləyə şeytan səni. Etmiş ikən əfzəli-xəlqi-cəhan iqbal ilə, Ərzəli-əhli-cəhənnəm eyləyə sübhan səni.
Ey ki, aləmdə məhəbbət adini məzmun edib, Hər zaman bir mahrüxsarın olursan maili. Keçdi ömrün, şahidi-məqsəd cəmalın görmədin, Şahidi-məqsəd sağınmış, sən aradə haili, Arif isən, tuta gör sərrişteyi-feyzi-bəqa, Tərk qıl, bu surəti-faniyyü nəqşi-zaili.
Dəhr bir seylabdır, mülhəq ədəm dəryasına, Biz ki, sərgərdanız, ol seylabə düşmüş xarü xəs. Cizginir xarü xəs ol seylab olduqca rəvan, Yetmədən dəryayə, rahət mümkün olmaz bir nəfəs.
Kəfi-hirsilə daim daməni-dünyayi-dun tutsan, Zəmanə şurbəxt eylər səni, peyvəstə dərya tək. Müləvvəs olmayıb, təcrid ilə çıxsan bu aləmdən, Səni zali-fələk xurşidə cüft eylər Məsiha tək.
Ey gözəl, zatın məarif birlə rəngin edə gör, Xətti-mişkin, pərdeyi-rüxsari-gülgun olmadan. Söhbəti-ərbabi-elmü mə’rifətdən kəsb qıl,
Hüsni-sirət, surəti-halın digərgun olmadan. Cəhd qıl kim, görməyə xurşidi-rüxsarin zəval Nur feyzindən hilali-qədrin əfzun olmadan.
Əlindən ahlər, ey əxtəri-bəxti-siyahim, kim, Məni xəlq içrə aliqədr ikən, qayətdə xar etdin. Qılıb xurşidi-hirman mətləi-ümmid gərdunun, Vücudimdən misali-sayə, səlbi-e’tibar etdin. Səvadi-didəmi mütləq bəyazi-eynə döndərdin, Bəyazi-hüsni-halim xali-ruyi-ruzigar etdin.
Ey könül, mütləq ibadət qılmayıb, ömrün təmam Eylədin sevdayi-zülfi-hər pərirüxsarə sərf, Saç ağardı, gəl,yetər mir’ati-bəxtin tirə qıl, Ömrdən bir dəm ki, qalmış, eylə istiğfarə sərf.
Xirədməndi ki, daim aləmi-elm içrə seyr eylər, Əsalibi-fünuni-şe’rdən, əlbəttə, qafildir. Məzaqi-şe’r həm bir özgə aləmdir, həqiqətdə Iki aləm müsəxxər eyləmək qayətdə müşkildir.
Padişahi-mülk, dinarü dirəm rüşvət verib, Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri. Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır, Ol dəxi asari-əmnü istiqamətdən bəri. Göstərən saətdə dövrani-fələk bir inqilab, Həm özü fani olur, həm ləşkəri, həm kişvəri. Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən Eyləmiş iqbalimi asari-nüsrət məzhəri.
Hər sözüm bir pəhlivandır kim, bulub tə’yidi-həq, Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri. Qanda kim, əzm etsə, mərsumü məvacib istəməz, Qansı mülkü tutsa dəgməz kimsəyə şurü şəri. Payimal etməz onu asibi-dövri-ruzigar, Eyləməz tə’sir ona dövrani-çərxi-çənbəri. Qılmasın dünyadə ultanlar mənə təklifi-cud, Bəs dürür başımda tövfiqi-qənaət əfsəri. Hər cəhətdən fariğəm, aləmdə haşa kim, ola Rizq üçün əhli-bəqa, əhli-fənanın çakəri.
Sədayi-ney həram olmaz, dedin, ey sufiyi-cahil, Yelə verdin xilafi-şər’ilə namusun islamın. Bu əndam ilə vəcdiyyatdan dəm urmaq istərsən, Ilahi, ney kimi surax-surax olsun əndamın.
Müttəsil mə’rifət əhlini ayaqlarə salıb, Fələki-süflə qılır möhnətü qəm pamali, Ol ki, cahildir, edib cümlə muradın hasil, E’tibar ilə qılır məsnədi-qədrin ali. Bu səbəbdən bilirəm kim, bu cahan övrətdir, Övrətin böylədir övladi ilə əf’ali. Ulu övladi kəsər süddənü tə’dib verər, Süd verib, lütf ilə bağılar beşiyə ətfali.
Yaxamı pəncəyi-təxvifi-rəhi-şər’ tutar, Daməni-mə’rifəti-əhli-riyasət tutsam. Jəngi-iflas tutar ayineyi-rahətimi, Tərki-hükkam qılıb, künci-qənaət tutsam. Hiç halətdə bulunmaz əsəri-rahəti-dil, Oluram müztəribül-hal nə sən’ət tutsam.
Doğruluq ilə istə ülüvvi-məqam kim, Gəldikcə halinə verə dövri-fələk rəvac. Doğruluq ilə hərflərə sədrdir “əlif”, “Ya” hərfini ayağə buraxmışdır e’vicac. Doğrular ilə gəz ki, səni sərbülənd edə, Əgrilər ilə eyləmə, əlbəttə, imtizac. “Ya” ixtilatı ilə sərir oldu payimal, Başda məqam tutdu “əlif” nüsrətilə tac.
Müddəi eylər mənə təqlid nəzmü nəsrdə, Leyk namərbut əlfazü mükəddər zatı var. Pəhlivanlar, badpalər səgridəndə hər yana, Tifl həm cövlan edər, əmma ağacdan atı var.
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim, Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib, Əksərən əlfazi namərbutü nahəmvar olur. Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm, Novbahar olğac tikəndən bərgi-gül izhar olur.
Sə’dü nəhs əhvalını qılsan münəccimdən sual, Müqtədai-mə’rifət Bərcisü Keyvandır ona. Eyləsən rəmmaldən təftişi-hali-nikü bəd, Mürşidi-rahi-yəqin Əngisü Lehyandır ona. Nöqteyi-əşkali-rəmlü seyri-əcrami-nücum, Kimə rəhbər olsa, feyzi-əql böhtandır ona. Bilmiş ol kim, hər nə sadir olsa ziştü xubü bəd, Məzhəri bir elmdir kim, əql heyrandır ona.
Əlhəmdü limən ənarə qəlbi və həda, Vəş-şükrü lima fihi minəş-şovqi bəda. Ma əmdəhü vahibən sivahu əbəda, La əşrikü fi sənai-rəbbi əhəda1.
Lüğət: Bərqi – lame’ – ildırım; Məsnəd – taxt, söykənəcək yer; Seylab – sel; İntiha – nəhayət, son, axır; Mübdi – bağılayan; Xilqət – xəlq olunmaq, yaranmaq; Vücub – lazım, gərək; Baran – yağş; Müzmər – örtülü, gizlədilmiş; Təğyir – döndərmək, dəyişmək; Simbər – gümüş bədənli; Qüllab – çəngəl, qarmaq; Təfaxür – fəxr etmə, öyünmə; Qürb – yaxınlıq; Dur – uzaq; Ərbabi – yəqin – yəqinlik sahibləri, elm ilə yəqin mərtəbəsinə atanlar; Tin – palçıq; Darüssəlam – Bağıdadın ikinci adı, dinclik evi; Nigin – üzük qaşı; Sərvər – başçı; Rəşk – həsəd, qısqanmaq; Firdövsi – bərin – uca behişt; Bəri – kənar; uzaq, boş; Nəval – bəxşiş; Şəhriyar – padşah; Kəmtər – az, əskik; Həzin – qəmli, qayğılı, qüssəli; Tirə – qaranlıq, tutqun; Səng – daş; Dürri – yetim – sədəfin içində tək bir dənə olan inci, misilsizürr; Səmin – bahalı, qiymətli; Tövq – həlqə, boyunbağ; Bədxah – düşmən, rəqib, pis fikirli adam; Məzhər – bir şeyin zahir olduğu yer; Mənzilət – dərəcə, rütbə, mərtəbə; Kəsrət – çoxluq; Ariyət – birovuz; Təzvir – hiylə; Zinhar – saqın, aman; Nihal – təzə, boyu düz ağac; Mümsik – simic, xəsis; Kəvakib – ulduzlar; Şükufə – çiçək; Bər – meyvə, yemiş, bəhər; Aşüftə – pərişan, dağınıq, özünü itirmiş, qarıxmış; Həməl – qoç bürcü; Müqərrər – qərarlaşmış, qət edilmiş; Zöhd – zahidlik; Nəhy – qadağan etmək; bir adamı pis işdən çəkindirmək; Hüsul – hasil olma, vücuda gəlmə. X; Zəhi – nə xoş, nə gözəl; Mərdud – qovulmuş, sürülmüş, rədd olunmuş; İrtişa – rüşvət almaq. Istehqaq – ləyaqət və xidmətə görə haqq almaq; Müztərib – iztirablı, narahat. N; Təhrik – hərəkət vermə, tərpənmə; Arayiş – bəzək, süs, zinət; Məcalis – məclislər, yığıncaqlar; Sud – fayda, qazanc; Mübhəm – anlaşılmayan, dolaşıq; Sərih – açıq, aydın; Mücmələn – xülasə olaraq, müxtəsər; Kəlimat – kəlmələr, sözlər; Şükuh – dəbdəbə, şərəf, əzəmət. T; Mübərra – təmiz, pak; Hirman – məhrum olmaq, əli üzülmək, peşmançılıq; Bəstər – yataq, yorğan-döşək; Müfəvvəz – inanılmış; Xilafət – xəlifəlik, din və dövlət hakimi; Münqəlib – dönən, dəyişilən; Qillət – azlıq; Ərzəl – ən rəzil, ən alçaq; Şahid – gözəl; Hail – pərdə, örtü; Mülhəq – ilhaq olmuş, bitişmiş, qovuşmuş; Dun – alçaq, əskik; Müləvvəs – çirkin, bulaşıq, kirli; Gülgun – gül rəngli, gül üzlü; Sirət – əxlaq, fitri təbiət; yaşayış tərzi; Bəyazi – eyn – gözün ağ; Xirədmənd – ağıllı; Əsalib – üslublar, qaydalar; Müsəxxər – istila edilmiş, itaətə gətirilmiş; Dinar – qızıl pul, sikkəli qızıl; İstiqamət – möhkəmlik, düzlük, hərəkət yolu; Nüsrət – kömək, yardım. P; Mərsum – yol xərci; ümumi qayda, adət; Əfsər – tac; Çakər – qul, nökər. D; Vəcdiyyat – sevinclər, şadlıqlar; Surax – dəlik, deşik; Müttəsil – bir-birinin ardınca, daima; Süflə – alçaq, rəzil; Təxvif – qorxutmaq, hədələmək; Hükkam – hökm verənlər, hakimlər; Ülüvv – ucalıq, yüksəklik; İmtizac – qarışma, üns tutma; Sərir – taxt; Müddəi – iddia edən, rəqib; Namərbut – rabitəsiz, bağılanmamış; Əlfaz – ləfzlər; ifadə, söz; Badpa – sürətlə qaçan at; Düşvar – çətin, müşkül. E; Bərg – yarpaq; Əşkal – şəkillər, növlər; Vəş – kimi, tək mənasında işlənən ədatdır