Hasar dağındadır
Hasar dağı böyük olar, Üstü dolu geyik olar, Mərgənlərə beşik olar, Varsan, Hasar dağındadır.
Hasarın vardır törəsi, Görənin gələr həvəsi, Qız-gəlinlərin qönçəsi Sorsan, Hasar dağındadır.
Dağlardır yerin sultanı, Köksündə qurmuş dükanı, Üç yüz altmış pir məkanı Görsən, Hasar dağındadır.
Məskən tutar çarvadarlar, Yalçısında yatar marlar, Dərəsində bitər varlar, Dərsən, Hasar dağındadır.
Pələnglər çırpınıb çıxan, Boz marallar qıya baxan, Sərkəmərdir — dərin tökən, Yürsən, Hasar dağındadır.
Məxdumqulu der bu dağı, Yaxıbdır həsrətin dağı, Eşq edib səfalı çağı Sürsən, Hasar dağındadır.