Əsas məzmuna keç

Sərbəst şeir

Hardan gəlir Zəlimxan

Zəlimxan Yaqub

2

Hardan gəlir Zəlimxan – anasının südündən, Atasının insanı yüksəldən öyüdündən, Pir olmuş babasının pirləşən ağılından, Nur olmuş nənəsinin bal kimi nağılından. İnsanın, insanlığın Adəmindən, Nuhundan, Yaradanın eşqindən, yaranmışın ruhundan. Min ildir ki yorulmur, dərs öyrənir “Manas”dan. Türkün öz taleyidi, Təpədən-dırnağacan Zəlimxandı bu dastan. Dünənin işi deyil, Zəlimxan başdan gəlir. Gültəkinə, Orxona, Yeniseyə yazılıb, Qisməti daşdan çıxır, Tarixi daşdan gəlir. Bir əli yer üzündə, bir əli də haqdadı, Xəyalı göylərdədi, mayası torpaqdadı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.