Əsas məzmuna keç

Qoşma

Haray

Zəlimxan Yaqub

1

Könül açan, göz oxşayan gölə nə var, Göz yaşından meydan quran göllər haray. Dağ başından axıb gedən selə nə var, İçimizdən axıb gedən sellər haray.

Ömrün-günün yüz bərəsi, yüz bəndi var, Hər havanın öz misrası, öz bəndi var. Saz qırılsa, bağlamağa sazbəndi var, Könlümüzdə kökdən düşən tellər haray.

Andır qalsın ayrılıqdan gələn dərdi, Bizi nəmli paltar kimi yudu, sərdi. Saça sığal çəkən günü bəxtəvərdi, Yas günündə saçlar yolan əllər haray.

Çox arzular çıxa bilmir qışdan yaza, Yolu kəsir vaxtsız ölüm, qəfil qəza. Gül bitirir bağçamızı qaza-qaza, Qəbrimizi qazıb-tökən bellər haray.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.