Əsas məzmuna keç

Heca şeiri

Hara qaçım

Zəlimxan Yaqub

3

Hara qaçım dünyadan, Bu dünya dərdnən dolu. Dərdnən dolu dünyanın, İçi namərdnən dolu.

Kökünə bax ağacın, Gövdəsi qurdnan dolu. Millətin içinə bax, İçi manqurtnan dolu.

Dünya barıt çəlləyi, İçi silahnan dolu. Gözləri qəm, kədərlə, Könüllər ahnan dolu.

Mədə daşla, dəmirlə, Qarın tamahnan dolu. Üzür günah içində, Dünya günahnan dolu.

Nə vaxtsa bu dolular Çevrilməsə boşluğa, Bu dünya qurşanacaq Ən ağır sərxoşluğa!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.