Hara belə tələsirdin
Körpəlikdən ölüsüydüm qocaların, Deyirdim kaş mənim də ağ saçım ola. Nə bilirdim ağ saçların gətirdiyi, Bir bu qədər ağrım ola, acım ola.
Qəmsiz aşmır ömrün bircə bələni də, Hər ağrıdan telimizə bir dən düşür. Yaz da, yay da gəlib keçir yavaş-yavaş, Payız ötür, şaxtalı qış birdən düşür.
Bu gün dönüb qara saça aşiq olub, Dünənki gün ağ saçları sevən könlüm. Nə görmüşdün zirvələrin ağlığında, Hara belə tələsirdin, cavan könlüm?