Əsas məzmuna keç

Gəraylı

Haqqın gücü

Zəlimxan Yaqub

3

Buz baxışlar sıxar, tökər, Xıncım-xıncım əzər məni. Bir körpənin təbəssümü, Çiçək kimi bəzər məni.

Dağ başına duman gələr, Yaxşı gedər, yaman gələr. Haçansa bir insan gələr, Əldə çıraq gəzər məni.

Sevgim dərdə qənim olsa, Sünbüllərdə dənim olsa, Haqqın gücü mənim olsa, Yıxa bilməz nəzər məni.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.