Haqqın fərmanıdır
Dostlarım, könlüm içində duzəxin suzanıdır, İstəməz mən ol atəşi, neylək, haqqın fərmanıdır.
Fani cahan qırğısının pəncəsində qalmışam, Qırğı əhlinin içində yamanlar yamanıdır.
Mərdi oynar oldu fələk eldə rüsva eyləyib, Fani dünya gərdişi − namərdlər dövranıdır.
Ömrümün hər bir günü ötər oldu ələm bilən, Salim ətraf fələyin bir qüssə gərdanıdır.
Adəm oğlun meymun kimin, fələk hər dəm oynayar, Ol haqqın fələk üçün yaradan heyvanıdır.
Gündə yüz qətrə ötərəm ümman Xəzər ətrafından, Neyləyim, bu dəli könlüm fələk natəvanıdır.
Nə işləri qılar oldu ol haqqın dərgahında, Fələyin bu karınə cümlə-cahan heyranıdır.
Məxdumqulu, söz deyəndə, söz axırın anlayın, Ərsə əzazili şeytan qılan ol zəbanidır.