Haqqın dili
Dilim-dilim dillər açır, Ocağın ocaq dili var. Ağacın ağac ləhcəsi, Torpağın torpaq dili var.
Könüllərin eşqinə bax, Duyğuların məşqinə bax, Sinələrdə daşqına bax, Sevginin bulaq dili var.
Dərd danışar ah dilində, Zor danışar şah dilində. Danışaq Allah dilində, Yaradanın haqq dili var.