Əsas məzmuna keç

Heca şeiri

Haqqı dinləmək gözəl

Zəlimxan Yaqub

1

Yerdəki çaxnaşmadan, Göydəki şimşək gözəl. Dibçəkdə göyərəndən, Çöldəki çiçək gözəl.

Bağrımız zədən-zədən, Uçar ruh, köçər bədən. Min şirin əfsanədən, Bir acı gerçək gözəl.

Doyduq yalan yeməkdən, Üzüldük inləməkdən. İnsanı dinləməkdən, Haqqı dinləmək gözəl.

2004, 29 sentyabr Cenevrə

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.