Haqqa sirdaş ola bilsən
Haqqa sirdaş ola bilsən, Qismətinə bəxt güldürən, Qızıl bir balıq gələcək. Dadına Tanrı çatacaq, Hayına xaliq gələcək. Haqqa sirdaş ola bilsən, Üzə ağlıq, qəlbə saflıq, Başa ucalıq gələcək. Sənə doğru gülə-gülə, Sakit könül, rahat ömür, Şirin qocalıq gələcək.
2003, 21 yanvar