Əsas məzmuna keç

Qoşabeyt

Haqqa hesabat

Zəlimxan Yaqub

1

Şair qəlbi bütöv olmaz, yüz yerindən çatları var. Daşıdığı qayğıların dərin-dərin qatları var.

Ruhu təmiz, eşqi böyük, yolu uzun, ömrü qısa, Yerdə durmaz, göyə sığmaz, çırpınan qanadları var.

Şair hər gün şair olmur, gündə bir kitab yarada, İlhama, Tanrıya bağlı anları, saatları var.

Bir əsəri başladısa, Allah! Allah! – deyər dili. Bir kitaba nöqtə qoysa, haqqa hesabatları var.

Uca şeiri yaradanlar yeri göyə bağladılar. Yaradana yaxın olan imzaları, adları var.

2003, 27 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.