Haqq verən fərmanla gözəldi dünya
Məcnunu olmayan səhra yazıqdı, Yunusu olmayan dərya yazıqdı, İnsanı olmayan dünya yazıqdı, İnsanla, insanla gözəldi dünya.
Köhlən at da verdi, meydan da verdi, Dərdi verən kişi dərman da verdi. Doğuma, ölümə fərman da verdi, Haqq verən fərmanla gözəldi dünya.
Min könül açılar bir xoş avazla, Təbiət gəncləşər baharla, yazla. Bir şirin nəfəslə, bir telli sazla, Bir də Zəlimxanla gözəldi dünya.