Əsas məzmuna keç

Heca şeiri

Haqq evi

Zəlimxan Yaqub

1

Şair gücü dağ kimidir, Şeytan onu əyə bilməz. Şair ruhu od-atəşdir, Buzdan paltar geyə bilməz. Şair ömrü əbədidir, Zaman onu yeyə bilməz. Şair qəlbi haqq evidir, Allah heç vaxt öz evinin Xatirinə dəyə bilməz!

2011, 2 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.