Əsas məzmuna keç

Qoşma

Haqdan gəlib haqqa gedən yorulmaz

Zəlimxan Yaqub

1

Nə umdumsa öz haqqımdan ummuşam, Gərək məni haqq anlaya, haqq qana. Haqqı dansam, canım ona halaldı, Haqqım olsa, salmaz məni haqq qana.

Dəyişəmməz əfəndilər, qazılar, Dəyişməzdi haqdan gələn yazılar. Yer üzünün ədaləti pozular, Qılınc kimi girsə əgər haqq qana.

İblislərin qanı heç vaxt durulmaz, Şeytanların yıxdığı ev qurulmaz. Haqdan gəlib haqqa gedən yorulmaz, Haqq arxadı, haqq atadı, haqq ana.

2007, 27 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.