Əsas məzmuna keç

Qoşma

Hanı?

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, müsəlmanlar, Bizdən əvvəl qardaş hanı? İki dünyanın sərvəri Məhəmməd Mustafa hanı?

Əvvəl zindana atılan, Sonra qul kimi satılan, Misirdə padişah olan Ol Yusif peyğəmbər hanı?

Bizim ilə həmdəm olan, İslam üçün qılınc vuran, Kərbəlada şəhid olan Ol Həsən, Hüseyn hanı?

Məkkədə yüz il oynayan, Cənnətdə gözü qaynayan, İslam üçün can paylayan Ol Həmzə pəhlivan hanı?

İki gözləri kor olan, Yusifındən ayrı qalan, Qurdlar ilə dava qılan Ol Yaqub peyğəmbər hanı?

Məxdumqulu çəkər ərman, Haqdan gəlsə, bizə fərman, Əcəl gəlsə, yoxdur dərman Dörd min dörd yüz yaşan hanı?

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.