Əsas məzmuna keç

Heca şeiri

Hamarkənd

Zəlimxan Yaqub

1
Hamarkənd – Yardımlıda Sabir Rüstəmxanlının doğulduğu kəndin adıdı

Nə gözəl yerdəsən Hamarkənd, Hamarkənd, Duyduğum, gördüyüm, sevdiyim nə varsa, Qəlbimə, ruhuma sevgitək damar kənd. Torpaq bir ürəkdi, kənd onun damarı, Qanımız işləməz kəsilsə damar, kənd. Şəhərdən küsəndə, qəlbimiz Sınığı, söküyü əllərin yamar kənd. Şairin istəyi ülfətdi, sevgidi, İstəyi nədirsə, onu da umar kənd. Nur kimi ələndim, ətrinə bələndim, Etmisən ruhumu mehrinlə xumar, kənd. Süfrəndə halallıq, duz-çörək kəsmişik, Haqqını unutsam, gözümü yumar kənd. Mən səni Allaha tapşırıb gedirəm, Həmişə halal qal, Həmişə hamar qal, Hamarkənd, Hamarkənd.

1997, 17 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.