Halım mənim
Ey yaranlar, sormayırlar bir kişi halım mənim, Olmadı qəddim əlif tək, çevrilər dalım mənim. Ötdü ərman birlə, dostlar, fanidə salım mənim, Neyləyim, ey dostlarım, qanım tökər zalım mənim, Bilmənəm mən hansı yerdə açılar alım mənim.
Ötdü ömrüm, dostlara, bu dünyaya mail olub, Eldən, gündən ayrılıb, düşdüm cüda sail olub, Qılmadım haqqa ibadət daima cahil olub, Hər nə verən gününə şükr eylədim qail olub, Ey xudaya, sən ağır qıl onda amalım mənim.
Cahilin könlü xarabdır, xar olurmuş bilmədim, El-günə, tay-tuşlarına zar olurmuş bilmədim, İşbu dünya gen der idim, dar olurmuş bilmədim, Kim ki eldən ayrılar, bimar olurmuş bilmədim, Deyin, bizi yad eyləsin tay-tuşumuz, elim mənim.
Gecə-gündüz ah vurub, çəkdim məgər əfğanü zar, İstəyib gəzdim, özümə tapmadım vəfalı yar, Dünya bir şamar gəlindir, zülfün edib tar-tar, Ötkün edib «Bəri gəl» der, fırlanıb, hər yan baxar, Dostlara, mən nə qılım, onda gedər meylim mənim.
Odlanır Məxdumqulu, yada düşəndə ellərim, Guya bir dərya dürur çeşmimdən axan sellərim, Dostlara, bir il dürur guya mənə hər günlərim, Ürəyim taqət gətirməz, sözləyər bu dillərim, Lütf edib qılsın tərəhhüm kərəmli sultanım mənim.