Halallaşmaq vaxtıdı
Həyat yaşamaq eşqi, tale sənə ad verdi, Gözə işıq, qəlbə nur, damaqlara dad verdi. Kəskin zəka, iti söz, sınmaz bir qanad verdi, Hazırlaş, insan oğlu! Görünən zirvələri bir-bir aşmaq vaxtıdı!
Sevgini verən kişi əlində cam gətirdi, Ömrə-günə şirinlik, dodağa tam gətirdi. Sevgilinlə qol-qola nurlu axşam gətirdi, Hazırlaş, insan oğlu! Müqəddəs duyğulara nəğmə qoşmaq vaxtıdı.
Elə ki, xəstələndin, başın gəldi balınca, Elə ki, qorxu çəkdin, boynun dəydi qılınca, Hazırlaş, insan oğlu! Deməli, bu həyatla halallaşmaq vaxtıdı.
2003, 3 may