Halallar bilər
Körpə doğuşudu şeirin doğuşu, Halal doğulan var, bic doğulan var. Hər halal doğuluş bir şahlıq quşu, Haram toxumlardan gic doğulan var.
Göz görməz, dil dinməz, qulaq eşitməz, Nə korlar, nə karlar, nə lallar bilər. Şeirə haram qatdı haramzadalar, Halalın qədrini halallar bilər.
2006, 28 sentyabr