Əsas məzmuna keç

Qoşma

Hakim ol, dilimə güllələnmə kəs

Zəlimxan Yaqub

1

Sənə sözüm dəydi, dilim toxundu, Dilim sənin olsun, doğra, kəs, gözəl. Qorxuram, sən Allah, qeybət olmasın, Səndən qulağıma gələn səs, gözəl.

Min dəfə doğulub ölmüşəm azı, Sənə kim öyrədib bu qədər nazı? Gəl eyni kök üstə kökləyək sazı, Səndə zil olmasın, məndə pəs, gözəl.

Yurdum zindan olsa, yuvam dar qəfəs, Yenə səninkidir çəkdiyim nəfəs. Hakim ol, dilimə güllələnmə kəs, Yerim ya dar olsun, ya məhbəs, gözəl.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.