Habil
Yandıra-yandıra yaşadır ömrü, Ümiddi, şübhədi, gümandı Habil. Açılsa dağlarda açılan Günəş, Tutulsa, dağlarda dumandı Habil.
Əriyir dağların minillik qarı, Olma, yar həsrəti göynədir yarı. Yaxşıdan yaxşıdı, Sarıdan sarı, Yamandan min dəfə yamandı Habil.
Yaradır xallarda saflıq, dərinlik, Qoşadır qəlbində odla sərinlik. Nəğmədən həzinlik, səsdən şirinlik, Həyatdan ölməzlik umandı Habil.
Kimdi son ümidin əlində qalan, İçməsin dərmanı yalandır, yalan. Xəstəni ölümün əlindən alan İzindi, möhlətdi, amandı Habil!