Əsas məzmuna keç

Təcnis

Ha lala çıxar

Aşıq Ələsgər

1

Addadı zimistan, gəldi nobahar, İnşallah, dağlarda ha lala çıxar. Neçə şey halaldan dönər harama, Neçə şey haramdan halala çıxar?

Yar xəttiynən yazılıbdı a tarıx, Mehtər bivec, əstər**** kökdü, at arıx, Gözəllər fövcünə qürə atarıx, Baxdım kora, şilə, halala çıxar.

Deyər Ələsgər, bağlayıbdı xala çar, Dər bağlıdı, indi gələr xala açar. Əsil bədöy mənzil kəsər, xal açar, Beygirin dümbündən hal ala çıxar.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.