Əsas məzmuna keç

Təcnis

Ha bular, bular

Aşıq Ələsgər

1

Səba dost zülfünə şanə çəkəndə, Yayılar gərdənə ha bular, bular.*

Hər kəski sidq ilə dilək diləsə, Əlbəttə, mətləbin ha bular, bular.*

Sərrafın dəstində nə danə** - dedim, Könül, can quşuna nə danə*** - dedim. Dərdimi dərd bilməz, nadanə dedim, Anlamaz, başını ha bular, bular.

Ələsgərəm, məskənimdi o diyar, Al xəncəri, bağrım başın odu, yar! Evdən çıxdı yalın qılınc, odu yar, Bilirəm, qanıma ha bular, bular.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.