Əsas məzmuna keç

Qoşma

Güzəşt eylə

Məxdumqulu Fəraqi

1

Ey kərimi-karisaz, Günahım güzəşt eylə. Ey rəhimi-çarəsaz, Günahım güzəşt eylə.

Gəlməsə kərəm səndən, Getdi ixtiyar məndən, Suçu çıxardım təndən, Günahım güzəşt eylə.

Yüz qəm ilə təndə can, İstəyir səndən aman, Fəzlin ilə, ya sübhan, Günahım güzəşt eylə.

Mən ki oldum günahkar, Açma eybimi, səttar, Kərəm eylə, ya cabbar, Günahım güzəşt eylə.

Lütfünü izhar eylə, Könlümü qərar eylə, Tövfiqini yar eylə, Günahım güzəşt eylə.

Ağıl yetməz zatına, Fikr ərməz isbatına, Birliyin hörmətinə, Günahım güzəşt eylə.

Maliki-məxluq, hər nə, Kim yetdi ki sirrinə, Üç min ismin xətrinə Günahım güzəşt eylə.

Biz biçarə ümmətin, Ümməti-Məhəmmədin,

Hörmətinə Əhmədin Günahım güzəşt eylə.

Şölən düşüb şövqünə, Rəsul Əhməd zövqünə, Yerin, göyün haqqına Günahım güzəşt eylə.

Səxavət ehsanına, Şəhidlərin qanına, Cünbəndələr canına Günahım güzəşt eylə.

Sənə baxan üzlərçün, Sənə ağlar gözlərçün, Həmd oxuyan sözlərçün, Günahım güzəşt eylə.

Göydə ulduz hörməti, Yerdə novruz hörməti, Gecə-gündüz hörməti, Günahım güzəşt eylə.

Bülənd dağlar haqqına, Çöllər, qırlar haqqına, Yerlər, sular haqqına, Günahım güzəşt eylə.

Səndən olmasa haray, Mənim bu halıma, vay, Fəraqi der, ya xuday, Günahım güzəşt eylə.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.