Güvənəndə bu torpağa
Yerə-göyə nahaq yerə, Vurulmur adam, vurulmur. Ömrü boyu dağlar aşır, Yorulmur adam, yorulmur.
Günəş kimi çıxmayanda, Şimşək olub çaxmayanda, Çeşmələrə baxmayanda, Durulmur adam, durulmur.
Qarışanda vaxta, çağa, Söykənəndə qarlı dağa, Güvənəndə bu torpağa, Qırılmır adam, qırılmır.
2002, 14 sentyabr