Əsas məzmuna keç

Qoşma

Gürgənin

Məxdumqulu Fəraqi

1

Önündə bülənd dağ, başında duman, Dənizdən əsər hey yeli Gürgənin. Bulud oynar, dolsa çaylara leysan, Axar boz-bulanıq seli Gürgənin.

Meydanları vardır qarğı-qamışlı, Gözəlləri vardır altın-gümüşlü, Boz sürü, qır ilxı, qara camışlı, Saysız inək-davar, malı Gürgənin.

Qatarlaşıb durar nərlər, mayalar, Ağır bəzirganlar, tüccar ağalar, Torpağa qapanıb duran qayalar, Önü-ardı, sağı-solu Gürgənin.

Bəyləri var, tirmə çəkər belinə, Yorğa minib, tərlan alar əlinə, Ağ köksün ver ceyran dəniz yelinə, Mələyir maralı, çölü Gürgənin.

Məxdumqulu, eldən elə ara var, Hicranın qılıncı bağrın paralar, Əlin sallar maral üzlü pərilər, Enər evlərindən dəli Gürgənin.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.