Günəşin doğması
Qorxmuram gecənin qaranlığından, Bir azdan dünyanın rəngi dəyişib, Meydana səhərim, danım çıxacaq. Göylərin taxtına Günəş adında, Bir nazlı-qəmzəli xanım çıxacaq. Elə nazlanacaq şair görəndə, Nazından üzülüb canım çıxacaq.
2004, 7 mart