Əsas məzmuna keç

Gəraylı

Günəşə bax

Zəlimxan Yaqub

3
Oğlum Şəhriyara və o yaşda olan bütün oğullarımıza

Dan sökülür, Günəş doğur, Günəşə bax, mənim balam! Varlığını nurdan yoğur, Günəşə bax, mənim balam!

Parlasın göylərin zəri, Süz doyunca üfüqləri, Yığ qəlbinə şəfəqləri, Günəşə bax, mənim balam!

İşığı bol olan ürək, Yurda oğul, elə dirək, Gözlərinə şəklini çək, Günəşə bax, mənim balam!

Süzüləndə göydən işıq, Dünya tapır bir yaraşıq. Yerə vurğun, göyə aşiq, Günəşə bax, mənim balam!

Günəş qədər istin olsun, Günəş olmaq qəsdin olsun. Günəş kimi dostun olsun, Günəşə bax, mənim balam!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.