Əsas məzmuna keç

Qoşma

Günahsız gəlirik

Zəlimxan Yaqub

1

Dünyanı min dəfə dağıtmaq olar, Bu qədər qan tökən silahlar ilə. Həyatda hər şeylə bacardı insan, Bacara bilmədi tamahlar ilə.

Gedir insan oğlu, yolu çaş gedir, Üzdən qan süzülür, gözdən yaş gedir. Bu torpaq üstündə hey savaş gedir, Dil tapa bilmirik timsahlar ilə.

Zamanın ovcunda mum olur qaya, Qum olub dağılır çeşməyə, çaya. Günahsız gəlirik qoca dünyaya, Dünyadan gedirik günahlar ilə.

Kimdi fikir verən amana, aha, Ölüm ucuz olub, yaşamaq baha. Allahın özü də bacarmır daha, Özü yaratdığı “allahlar” ilə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.