Əsas məzmuna keç

Qoşma

Günah

Zəlimxan Yaqub

2
Özümdən xəbərsiz bir qara paltarlı qadının yanında ürəkdən şaqqanaq çəkib güldüm. Sonradan biləndə ki, bu dərdli ana şəhid anasıdır, xəcalət təri məni basdı, ölüb yerə keçdim.

Zaman sinəm üstə çaylar axıda, Yuyub təmizləməz su günahımı. Allahım, sən özün dadıma yetiş, Rəhimsən, adilsən, yu günahımı.

Dərdimiz dənizdi, özümüz ada, Candan əskik olmur nə qan, nə qada. Bütün günahlarım bağışlansa da, Tanrım, bağışlama bu günahımı.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.