Əsas məzmuna keç

Qoşma

Gülüş ilə

Məxdumqulu Fəraqi

1

Mehman gələr uzaq yerdən, Qarşılasan gülüş ilə, Mərd igidlər keçər sərdən, Al meydanda döyüş ilə.

Yüyrük yetməz uzağına, Düşdüm fələk duzağına, Mənli qızın üzüyünə Qaşlar qoysam gümüş ilə.

Qız-gəlinlər uz yürüyüb, Göz gedər bağrın əriyib, Göldə quba qaz yeriyib, Su səslənər qamış ilə.

Məxdumqulu, yarıtmadın, Göz yaşını qurutmadın, Fərzənd altın arıtmadın, Keçdi günün söyüş ilə.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.